Sordumsa hər kəsdən, dedilər, bivəfa səni
Sordumsa hər kəsdən, dedilər, bivəfa səni,Neylim, həqiqi bilmiş idim aşina səni.
Yusif də olsan hüsndə, sən məndən incimə,Hər yerdə söylərəm, gözəlim, mən gəda səni!
Məcnun zamanı Leyli görəydi camalını,Eşqindən eylər idi, inan, tez fəna səni.
Təqsirim olmadan məni saldın bəlalara,Mən ruhuma sanırdım, əzizim, qida səni.
Bir kəlmə söz kifayət edər anlayan kəsə,Naəhlə tanrı eyləməsin mübtəla səni.
Fikrə, xəyalə, möhnətə sən salmısan məni,Canan, əhatə eyləməsin bir bəla səni.
Tanrım özü cəza verəcək zülm edənlərə,Könlüm əgər ki, bir qəmə görməz rəva səni.
Yoxdur günah səndə, səni öyrədəndədir,Biganə göstərir hamıya kəcnüma səni.
Hal əhli olsa, Vahid, əgər sevdiyin gözəl,Heç yerdə bivəfa deməz ol məhliqa səni.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-sordumsa-her-kesden-dediler-bivefa-seni
Use ← → keys to move, R for a random poem
More by this author
Güldən artıq səni, ey cismimə can, istəyirəm!Gündə yüz yol edəsən bağrımı qan, istəyirəm.
Mən öz nigarımın hüsnü cəmalın istəyirəmMən öz nigarımın hüsnü cəmalın istəyirəm,Fəraqinə yanıramsa, vüsalın istəyirəm.
Gözlərin qarəsinə bir neçə qurban demişəmGözlərin qarəsinə bir neçə qurban demişəm,Qaşların tağına qurban yerinə can demişəm.
Bu söz ki var, bunu, ey mahiparə, mən demişəmBu söz ki var, bunu, ey mahiparə, mən demişəm,Əsir edib məni ol zülfü qarə, mən demişəm.
Poems by other poets · Love
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Ha bular, bularSəba dost zülfünə şanə çəkəndə,Yayılar gərdənə ha bular, bular.
Kəs, bilməzSevginin qədrini bu əsrdə hər kəs bilməz,Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.