Güldən artıq səni, ey cismimə can, istəyirəm!Gündə yüz yol edəsən bağrımı qan, istəyirəm.

Aşikar ağlasam hicrində, gülər biganə,Xəlqdən mən səni könlümdə nihan istəyirəm.

İncimə, gər səni əvvəlcə dedim, istəmirəm,Qılmadım sirrimi əğyarə əyan, istəyirəm.

Ayrılıq dərdi qocaldıb məni, qəmdən ölürəm,Yenə də mən səni, ey tazə cavan, istəyirəm!

Nə ola, bir də görəydim səni yanımda, gözəl!Belə bir fürsəti mən xeyli zaman istəyirəm.

Gül kimi bir dəfə öpməklə qızarmış yanağın,Demə, gəl mən də öpüm ki, qana-qan istəyirəm.

Vahidin, qəlbini incitmə, sınar, şairdir,Candan artıq səni, ey qönçədəhan, istəyirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation