Görmədim bir zülm edən ol dilbəri-bədxu kimi,Kim tökər üşşaqilər qanini hər gün su kimi.

Ağlaram bülbül kimi bir gülruxin hicrində mən,Axar ol sərvin ayağinə sirişkim cu kimi.

Dam qurmuş zülflə yarım mənə səyyadtək,İstər ol damə əsir etsin məni ahu kimi.

Ol hilaləbrülərin fikrilə, ey dil, ruzü şəbİncəlib zəf aldı cismim firqətində muk kimi.

Neylərəm, ayinəyə mən baxım əksim görməyə,Yarımın ruxsarı olmuşdur mənə güzgü kimi.

Dudi-ahim göylərə çıxmış şəriri-ah ilə,Kövkəbi-bəxtim qaralmış ol siyəh gəysu kimi.

Çəkmərəm əl, Vahida, mən damənindən yarimin,Çün qulami-kəmtərəm ol şahimə hindu kimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love