Dün gecə açdı nigarım üzünü ay kimi
Dün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.
Sürəti-tiri-nigahını təsəvvür elədimKi, gəlir sinəmə şəst ilə tramvay kimi.
Eşq bazarının aləmdə mənəm həmmalı,Almışam çiynimə qəm yüklərini tay kimi.
Saldı gözdən məni ol sərvi-rəvanım, getdi,Gözümün yaşı fərağında axır çay kimi.
Gördüm həmsöhbət olub qeyr ilə şirin-şirin,Bu həsəd qıldı əsər könlümə əzvay kimi.
Vahida, qaldın hamıdan geri, çox acizsən,Ciddü cəhd eylə ki, lap olmuyasan zay kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-dun-gece-acdi-nigarim-uzunu-ay-kimi
Use ← → keys to move, R for a random poem
More by this author
Gülün eşqində gərək bülbüli-nalan oxusun,Aşikar eyləməyib dərdini, pünhan oxusun!
Hər kəs ki desə, dərdimi dildarə mənimçünHər kəs ki desə, dərdimi dildarə mənimçün,Guya ki, təbibimdir, edib çarə mənimçün.
Əhdü peymanı düz olsaydı gülün bülbül üçünƏhdü peymanı düz olsaydı gülün bülbül üçün,Bülbülün gülşəni tutmazdı sədası gül üçün.
Mən ki candan keçirəm sevgili cananım üçünMən ki candan keçirəm sevgili cananım üçün,O mənim dostumu düşmən törədir canım üçün.
Poems by other poets · Love
Bəzəndikcə çiçəklərlə, ey çoban qızı,Nə cənnətdir sığındığın dağların qoynu?
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,