Mən ki candan keçirəm sevgili cananım üçün
Mən ki candan keçirəm sevgili cananım üçün,O mənim dostumu düşmən törədir canım üçün.
Sevirəm, yüz desəm ol şuxə, inanmır sözümə,Daha yox taqətim and içməyə vicdanım üçün.
Özgə bir ovçunun ahusuna zövqüm yoxdur,Yalnız avarəyəm öz sevgili ceyranım üçün.
Hər sevimli gülün öz aşiqi, öz bülbülü var,Mən də bir bülbüləm öz qönçeyi-xəndanım üçün.
Bir yaxın gəlmədi, bilməm, necə xatircəm olum,Çox kəmənd atmışam ol zülfi-pərişanım üçün.
Ölkəmin Yusifinə başqa Züleyxa nə gərək,Min Züleyxa tapılar Yusifi-Kənanım üçün.
Bu şərafət mənə nəslən qalacaqdır, Vahid,Nə qədər xidmət edəm Azərbaycanım üçün.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-men-ki-candan-kecirem-sevgili-cananim-ucun
Use ← → keys to move, R for a random poem
More by this author
Yaradıb tanrı, əzizim, nə gözəl yar səni!Gözlə, bu hüsn ilə aldatmasın əğyar səni!
Qəm çəkmə, ey könül, yenə canan sevir səniQəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Yarım tökəndə gül üzə zülfi-siyahiniYarım tökəndə gül üzə zülfi-siyahini,Sandım ki, gizlədib fələk əbr içrə mahini.
Çəkmək istər mən kimi hər kimsə canan fikriniÇəkmək istər mən kimi hər kimsə canan fikrini,Öz canından əl götürsün, etməsin can fikrini!
Poems by other poets · Love
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
OlaydıBarilahi, bu dəhri-fənadaNə olurdu bir həvadarım olaydı.
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum