Kim ki, rəqibə minnət edir vəsli-yar üçün,Bir əndəlibdir, sevinir novbahar üçün.

Saqi, şərabımız qutarır, yarıdır gecə,Bir az qənaət eylə, səbuhi-xumar üçün.

Gizlində vəhşiliklə mey içmək həramdır.İnsan kimi həram deyil aşikar üçün.

Çox dərd var ki, çarə tapıblar təbiblər,Bir çarə olmayıb ələmi-intizar üçün.

Bir qarə gözlü könlümü əsir edib mənim,Yorğun düşən bir ovçuya bənzər şikar üçün.

Aciz xəta qılırsa, ətayə ümidi var,Heç yerdə yox xilas yolu zülmkar üçün.

Vahid, darıxma, qoy gözü çıxsın rəqibinin,Yaz yaxşı şerlər Vətənə yadigar üçün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation