Aldım qələmi namə yazam, yarə könüldən,Ya rəb, ola bir məhrəmi aparə könüldən.

Ol qönçə dəhən dilbərə yetkəc dil uzadıb,Bülbül kimi hər dəm gələ göftarə könüldən.

Tez-tez qoyub ol sərvi-qədin payinə başın,Tabus qılıb icz ilə yəlvarə könüldən.

Əvvəl alıb nitqi-Məsihadən icazət,Axır edə hər ərzimi sərdarə könüldən.

Xunbarlığın dideyi-giryanımı bir-bir,Təqrir edə ol gözləri xunxarə könüldən.

Pərvanə sifət düşdügümü vadiyi-hicrə,Hərlə ləhzə deyə atəşi rüxsarə könüldən.

Naçarlığım ərzi edə ol şahi-cəhanə,Rəhm eyləyibən bəlkə edə çarə könüldən.

Keyfiyyəti-əhvalı və həm qisseyi-hicri,Ərz eyləyə, bilgi verə dildarə könüldən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Aşiq, qəmi-hicranı yazıb eyləydim irsal,Ol zülfi siyahə bu üzü qarə könüldən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love