Aşiqinəm sənin axı,Əzəl qadasın aldığım.Cana vurub məhəbbətin,Çəngəl, qadasın aldığım.

Can çıxır, könül neyləsin,Dərdini kimə söyləsin,İstər sədaqət eyləsin,Tez gəl, qadasın aldığım.

Salma könlün iztiraba,Zülfün içrə picü taba,Sataşma xanəxəraba,Dincəl, qadasın aldığım.

Seyrəqibdən iba qıllam,Kuyində görmüşəm, ölləm,Rəşkdən sayəni billəm,En gəl, qadasın aldığım.

Qulum deyib ey şahzada,Salmadın Aşiqi yada,Olurmu sən tək dünyada,Gözəl, qadasın aldığım!?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love