Karanlıklar çökürkən pəncərəmdə hər axşam,Parlar, gülər ruhimə gözlərində yanan şam.O şam ki, bir günəşdən daha parlak işıldar.Onda şair qəlbinin başqa bir arzusu var...Həyat, ölüm, səadət,Göz yaşları, fəlakət.Bütün bunlar canlanır xəyalımın önündə,Və ömrümün bəxtiyar olacağı bir gündə.Mən sənə bağlıyam bax!Səni görməzdən qabaq.Bu dünyada başımdan nələr keçdi, gözəlim,Gəl unutdur dərdimi, gəl bərabər gözəlim.İyrənmişəm həyatın başı soyuqluğundan,Yorğunam sevdiciyim nəşə, kef yoxluğundanGəl avla könlümü sən, inanmışam sözünə,Bəzən sadə və yoxsul görünsəm də gözünə.Bəni əfv et eşq üçün, bütün bunlar düzələr,İki gəncin payına yalnız səadət gələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love