Yoldaş komandan
Bu gün dünya boyu bir axın var ki,İnsanlar ayrılmış iki cəbhəyə.Avropa, meydanın o qədər dar ki,Ömrün tükənəcək "vay" deyə-deyəBilirik, tülküdən daha qurnazsan * .Dilində "qardaşlıq", əlində silah;Yüz barışdırıcı kitab da yazsan,Tutqun üfüqlərdə açılmaz sabah.Bəsdir aldatdığın tarix boyuncaİşləyib, yorulub ac yatanları;Yalan vədləri gördük doyunca,Gördük o gizlindən ox atanları...Sübutmu? Kitayın bu günkü halı,Yerindən danışan bədənsiz başlar...Qayalar qoynunda qəlbi yaralı,Zəhərdən gicəlib gülən qardaşlar...Biz az döyüşmədik, qoca dünyada,Qorxub çəkinmədik isti qanlardan.Atımız ölüncə, getdik piyada,Çıxdıq o qarışıq imtahanlardan.Sibir düzlərində, Türkmən çölündəAçıldı qolların dəmir bağları.Nevada, Volqada, Baykal gölündə,Sahillər boyunca qovduq ağları.Şerim olacaqdır iti süngülərSinəmi səngərə verdiyim zaman.O gün cəbhədəki hər qızıl əsgərSəsləyəcək məni - "Yoldaş komandan!"
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-yoldas-komandan
Use ← → keys to move, R for a random poem