Qara cilddə çap eləyin kitabımıMəndən sonra.Qara cilddə.Tünd qara.Qoy qara kağızım olsunO kitab dostlara, tanışlara.Mən o rəngi sevərdim;Boynu bükülü dərdim,Pardaxlı sevincimO rəngdə geyinərdi,Mən o rəngi sevərdim.O rəngdəydi varaqlardaFikrimin yazı geyimi...

O rəngə hörmətimdir,Şəvəgözlülər, qarabuğdayılar.O rəngli kirpiklərin kölgəsindəƏksim yaşardı.O rəngin bir ev dolusundaVəslim yaşardı.O rəngin ən durusu,SafıdırMəni oxşayan ağılar.Qızlarımın gözündəO rəngin özü ağlar.Qara cilddə çap eləyin kitabımı,Məndən sonraTünd qara.Fəqət soy – adımıSüd rəngiylə həkk edin ora.Daha nə deyim,Qoy mənQara torpaq üstündəÜfüqə doğru gedənAğ yola bənzəyim.

Bakı, fevral, 1968

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets