İlğım məhəbbət
– Könlümə ələndi payız yarpağı...Məhəbbət, nə erkən saraldı belə.– Hər təzə çiçəyim, yaşıl budağımDarandı sənin ki, öz əllərinlə...– Əllərim, cansız daş mamır göyərdir,Açmamış güllərə sən necə qıydın?..– Ağrısı indimi səni göynədir?Özün ki, məst oldun, özün ki, qırdın...– Mən özüm?..
Ürəyim, dillənsənə bir...– İncik məhəbbət də ilğım kimidir,Görünər gözünə,Gülümsər, qaçar,Daha dalısınca ağlama naçar...
Mart, 1974
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-ilgim-mehebbet
Use ← → keys to move, R for a random poem
More by this author
Bir ağac yıxıldı yol qırağında,Bir hənir yox oldu yol qırağından.
ŞahdağıQar əridi, sinən coşdu sinəmtək,Nə gözəldir ilk baharın, Şahdağı.
Şəhriyar gəlmədiBu şer çoxdan – böyük Vaqifin anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu böyük bayramına ustad Şəhriyarı da dəvət eləmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Azərbaycanın işığını, böyük nailiyyətlərini Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın şerlərini toplarkən arxivimdə qalmış həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım... Şeri olduğu kimi köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucularla bölüşməyi məsləhət bildim.*Baxışlar asıldı təyyarələrdən,
Məmməd AslanaQardaş, düzümünün əsiri oldum,Xəbərim olmadı özümdən mənim.
Poems by other poets · Nature and spring
“Xudahafiz” deyək, gəl halallaşaq,Daha ayrılıqdı, köçdü, a dağlar.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Bir qədəm qoygil dedim bu çeşmi-giryan üstünəBir qədəm qoygil dedim bu çeşmi-giryan üstünə,Dedi kim, nola gələli xoş ola can üstünə.