Bir ağac yıxıldı
Bir ağac yıxıldı yol qırağında,Bir hənir yox oldu yol qırağından.Bir igid qaməti gərildi yerə,Bir gəlin saçları sərildi yerə.Bir bulaq ağladı hey xısın-xısın,Tutuldu gözləri o yetim qızın.Qırıcı qırğılar marıq itirdi,Balalı sərçələr qoruq itirdi.Baxışlar zilləndi o aşan yerə,Bir zaman nəşələr toplaşan yerəBaxdılar: təəccüb...Baxdılar: təəssüf...Bir vaxt kölgəsində tumarlanardı,Bir vaxt kölgəsində xumarlanardı,Onlar, o birilər... sənlər və mənlər...Onun kölgəsində dincli əmənlərDibi oyulanda görməzdi onu,Dibi yuyulanda görməzdi onu.Kökü əziləndə titrəməsindən,Zoğu kəsiləndə büdrəməsindənZövq alardılar.Onda bunlar nəydi? –Ələncəydi.Onu neçə səmtə qanırardılar,Qollu-biləklilər tanınardılar!Onda bunlar nəydi? –Əyləncəydi.Talələr uçuran bu «əyləncələr»,Bu «qəlbi incələr, ruhu incələr»Elə baxarlar ki, donar gözləri,
Donar baxışları, donar özləri;Qoldan yapışana təəccüblənər,Qıçdan yapışana təəssüflənər...Elə heyrətlənər, heyrətlənərlər,Elə heyrətlərdə qeyrətlənərlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-bir-agac-yixildi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Agah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
OlsunMəni dərdə salan qonşu,Görüm üzün qara olsun.