Bəri bax!Yaxından pis görünənqoca dağ,Bir bəri bax!Bu qədər qartalı bəsbaşına kim yığacaq?Gəzəcək çoxmu səninətəyində yavalar?!Oğursaq əmmiş zağalar,göpmüş savalar?!Bir qarış boz daşa bax,Küllüyə layiq o düşük, –Arxası üstə necəAyağın alta düşüb,

Helləncin olmağa hazır...Helləncin də axırıqumdu azı.Xəyalından bir ayıl,bir üşün.Yuxuna daş atıram,Bir gecə yatma, düşün,Bir ürək bağla, kişi,ağlına sən.Ey qılınc kəsməyəniağlı kəsənQoca gənc,Üzü boz,Qəlbi yaşıl,Sarı nər!Sarmaşıqlar həmişəNəhənglərə sarınar.Su udar,yem udar,Sonra toxalar.Xərçəngləşibçoxalar.Dolaşdığı,Yarpağı şirəsinəbulaşdığıGövdəni unudar.Dahilər ömrü boyuyük çəkib arı kimiNağıllar sehrkarı kimi,Ayağı yer görmədən,Bir quşun caynağındazirvəyə gedənÇox adlar görmüşəm mən.Bir gündə bir uçrumailişib quş qanadı...Dahilik yollarınınDüldül atıGötürməz yad şallax.Götürməz yallah-həyallah...Sən uca dağsan əgər,Dövrənə bir uca bax,Gözünə gölləri tax,Qəlbinə çayları çək,Selləri sağ,Səndən uzaqbir təpəninHalına yan.Yüz dərdə dərman edərBir dərddən halı olan.Torpaq altda nə qədərÜnvanı itmiş dahi var.Torpaq üstdə nə qədərDibçəkdə bitmiş «dahi» var.Hələ heç bircə dəniyerə düşməzlər,Atəşdə əriməzlər,Şaxtada üşüməzlərNə qədər, nə qədər!..Göyərər, nur bitirərBunları sənQuma da səpsən, əgər.Bəri bax,Ey qoca dağ!Bəri bax!Qorxuram bunları sənİtirib özün itəsən!Qorxuram ətəyindəMünbit yalanlar əkələr.Qorxuram qulağınaXəbər çınqıllar tökələr,Əyilib boz daşınıÖpələr,yalayıb parladalar,Qorxuram partladalar,Ey qoca dağ, yıxalarSəni dinamit çağalar.

İyun – avqust, 1968

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets