Dad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayəO ki bənzəməzdi heç bir kimsəyəNə fayda dünyadanGetdi namuradOlmadı bir zadDüşmən oldu şad

Düşmənin ki fürsət ola dəstindəEtimad bulunmaz bənd ü bəstindəNə eyik var durursan quyu üstündəBəlkə ərin bundanAnlaya bir zadTörəyə fəsadDüz otur arvad

Arvad billah sənin çıxacağın varYoxdu səndə məgər namus ilə arNədir bölük-bölük bu qatar-qatarDüzübsən ardınaQazaq əkradGürcü tavadŞam-bamdad

Bamdad vaxtında Novruz uyumuşduAparıb qatırı ota qoymuşdu

Noxtasın sərçülin ləzgi soymuşduKirvə Məhəmməd xan bəkDövlətin ziyadHəm evin abadSümüklün polad

Poladdan bərk olur canı ləzgininHeç kəsə qaynamaz qanı ləzgininƏgər xəbər alsan sanı ləzgininOn səkkiz min olduHesabi-ədadHaqq etsə imdadDayanmaz Bağdad

Bağdad Bəsrə (Bərdə) birdə ƏrdəbilMəhəmmədqulu bək bizə göndərmişdi heylKörpü kəndi Xalac Yıxay kəndə bil

Şamaxı SalyanPərakəndə badBirdə ol CavadBi-nun vəs-sad

Sad surəsin oxu gecə və gündüzAğ Qız Oğlu Pəri ol yolqa düzNilərsən istəməş inək ya öküzÇəkil bir guşəyəHaqqı ilə yadTapulsa bir cadOl ona mötad

Random poem

Poems by other poets