Qar əridi, sinən coşdu sinəmtək,Nə gözəldir ilk baharın, Şahdağı.Elsiz olsan selin olar göz yaşı,Budur gəldi obaların, Şahdağı.

Gördüm Bazaryurdu, Yataqdərəni,Keçdim quş keçməyən dağı, dərəni;Döysə də yay günü boran, qar məniOd oldu qəlbimdə qarın, Şahdağı.

Könlüm dilə gəldi elin səsindən,Səs aldım gurşadın, selin səsindən,Yüz qız nəğməsindən, gəlin səsindənDuydum nəfəsini yarın, Şahdağı.

Ömrün-günün dərdsiz-qəmsiz deyildi,Çox ananın dərdi sənə deyildi.Çox şah gəlib ətəyində əyildi,Əyilmədi şah vüqarın, Şahdağı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets