Bir qədəm qoygil dedim bu çeşmi-giryan üstünə,Dedi kim, nola gələli xoş ola can üstünə.

Xətti-səbzin üstünə dağıtma mişkin zülfünü,Qoymagil bu həlqeyi-zünnari Qur’an üstünə.

Gözlərün üstünə çəkdi kilki-qüdrət qaşini,Bağladı mehrabi-taət kafəristan üstünə.Nəxli-qəddün üstünə gül yüzini hər kim görür,Lalə açılmış sanur sərvi-xuraman üstünə.

Yastanur qul Kişvəri gecə eşigün daşinə,Eylə sanur kim, uyur təxti-Süleyman üstünə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring