IŞairim, çaldığın bu telli sazdan,Günəşli gündüzdən, çiçəkli yazdanKönül xumarlandı ay dönə-dönə,Qəlbin vurğusunu say dönə-dönə.Doğrudur, saqqalın, saçın ağarmış,Ruhuna girməmiş qurd ağızlı qış...Şaxtaya düşməmiş bir ilk baharsan,Döyüşdə, cəbhədə hərzaman varsan.Bu varlıq yaşadır əzəldən bizi,Bu varlıq yaşadır gənc nəslimizi.Çəkilsin dağların başından duman,Ölümdən, heçlikdən səadət umanİnsanlar dünyadan görüm yox olsun,Sönük vicdanları yerə soxulsun!Utansın günəşin rəngindən bir azAxşam qaranlığı bəstələyən saz.Söylə, xəyanətə dözərmi vicdan?!Ağ günlər əsrini görən bir insanDönüb göz yaşından ilham alarmı?Şer de, şair də heç qocalarmı?Ətirlər dağılır xoş nəfəsindən,Çiçəklər oyanır ayaq səsindən.Varlığın, vicdanın ləkədən uzaq,Böyüklə böyüksən, uşaqla uşaq;Əsrə layiq olan bu ruhunla sənÖlkəmin qoca bir müəllimisən!"Mən də bir kişiyəm, varım-yoxum var,Üç qızıl əsgərim - üç çocuğum var" –Deyən bir atanı öpməliyik biz,Onu sevməlidir, sevir nəslimiz!IIMənim də Yusifim səninkilərləQoşub bir məqsədə, qoşub bir dilə,Başında tutacaq bayrağımızı,Düşmənlər istərsə torpağımızı,Aslan kəsiləcək sular sonası,Bunu laylasında deyir anası.Şaiqim! Şairlər içində təksən,Təmiz vicdanmla gülsən, ipəksən.Dilindən küsməmiş tanış da, yar da,Səndən inciməmiş qarıncalar da...Keçdi qaranlıqda odlu gəncliyin,Xoş olsun indiki qulaq dincliyin.Günəş bir qüvvədir, yandıqca sönməzTarixin təkəri geriyə dönməz...Əməlin qurtuluş, varlığın sənət,Yaşasın qardaşlıq, bir də məhəbbət!İndi "bir günəşin zərrəsiyik biz".Var olsun birləşən dost əllərimiz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets