Məhəbbət ilhama çağırır məni
Yenə də yam-yaşıl geyinir dağlar,Göz kimi durulur qaynar bulaqlar.Əriyir güneylər döşündəki qar.Yağış da isladır o göy çəməni.
Təbiət ilhama çağırır məni!Ürək diL açır ki, sönməmiş odum,Hücuma başlayır mənim söz ordum...Könüllər mülkündə min yuva qurdum,Unutmaz aləmdə sevən sevəni.Məhəbbət ilhama çağırır məni!
Görürəm, dan yeri yenə sökülür,Göydən yer üzünə nurlar tökülür.Zəmilər, tarlalar üzümə gülür.Gözümdə saralır sünbülün dəni...Bu nemət ilhama çağırır məni!
Mən yaranmamışam göylər övladı,Əzəl şöhrətimdir torpağın adı...Bu eşqim çoxuna qismət olmadı,Şairim! Aç, payla söz xəzinəni.Şeriyyət ilhama çağırır məni!
O kimdir külüngü dağ kimi vurur...Keçici bayraq da yanında durur.Görürəm, o yeni bir dünya qurur,Loğmanlar yazacaq bu qərinəni,Bu hikmət ilhama çağırır məni!
Car çəkir çarxların çaxnaşıq səsi,Qızır baltaların polad pəncəsi,Yatmayır Muğanın, Milin gecəsi...Səslənir Vətənin çölü, çəməni.Bu qüdrət ilhama çağırır məni!
Çöllərə min dəstə komsomol gəlir...De,Kürdən, Arazdan neçə qol gəlir?Ay ellər, Muğanın ili bol gəlir.Səhralar əmr edir: yaz bu səhnəni,Bu töhmət ilhama çağırır məni!
Boz dağın qoynunda bir dəniz vardır.Çinarlar sahildə qatar-qatardır.Həmdəmim ləpələr, göy dalğalardır,Uçur qayıqların ipək yelkəni,Bu sürət ilhama çağırır məni!
Aynabənd evlərin eyvanı sərin,Yuyunur qoynunda al şəfəqlənir.Hor batan axşamın, doğan səhərinHüsnü salamlayır min pəncərəni.Səadət ilhama çağırır məni!
Şirvanda sayrışır bağlar-bağatlar,Şenliklər yanında kişnəşir atlar,Axır qoşun-qoşun ellər, elatlar,Əlilə kəşf edir hor dəfinəni,Bu sənət ilhama çağınr məni!
Muğana su gəlir, Milo su gəlir,Axışıb Öz eli, ulusu gəlir...Torpağa insanın arzusu gəlir.Bağrıma basıram ana Vətəni,Bu ülfət ilhama çağırır məni!
Ürək dil açır ki, sönməmiş odum.Hücuma başlayır mənim söz ordum...Könüllər mülkündə min yuva qurdum.Unutmaz aləmdə sevən sevəni,Məhəbbət ilhama çağırır məni!..
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-mehebbet-ilhama-cagirir-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Mənəm bu dünyada bəlalar çəkənNakişi, naşükür insan əlindən.
İllər, qərinələr keçirsə aləmİllər, qərinələr keçirsə aləm,Yadımda saxlaram hər zaman səni.
SənətDüyünlü dağları kökündən vuranƏmək cəbhəsində amansız duran,
Dilcan dərəsiYenə gördüm səni, Dilcan dərəsi,Yadıma çox köhnə zamanlar gəlir.
Poems by other poets · Homeland
Fərhad mənəm kim, belə şirinsüxənim var,Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
Məsləkim yolundaMəsləkim yolunda gəlsəm üz-üzəMəndən əfv ummasın doğma qardaşım.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır