Məsləkim yolunda gəlsəm üz-üzəMəndən əfv ummasın doğma qardaşım.Hər yerdə, həmişə haqq gəzə-gəzəAğ gün yollarında ağardı başım.

Təzə arzuluyam, qocaltmaz zamanYüzə yetişsəm də bu minval ilə.Güclüyəm – millətim ümmandır, ümmanArtır, həmrəy olur o, ildən ilə.

Mən də o ümmanın bir qətrəsiyəm,Bir gün buxarlanıb qalxsam göylərə,Yenə damla olub düşəndə yerəBir əməl çiçəyi bitirəsiyəm,Xalqıma töhfətək yetirəsiyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland