Çatdı çətin günüm, ana, ay ana,Bu halımda sizə gələ bilmirəm.Qaçıram içimdə o yan-bu yana,Dərdimi heç kəslə bölə bilmirəm.

Qismət özümündür, təkcə özümün,Tab etməz bu yükə sənin dözümün.

Axı, sağdır hələ sənin mən oğlun,Görməmisən nədir bala dağını.Mənim məzarıma düşməyib yolun,Gətir təsəvvürə mənsiz çağını.

Nəvən taqətindir, bilirəm bunu,O əvəz eləməz fəqət oğlunu.İlkini itirmək nədir insana,Mən öləndə bunu duyarsan, ana...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets