Qıratı gətirdim cövlana, indiVarsa igidlərin meydana gəlsin!..Görsün mən dəlinin indi gücünü,Boyansın əndamı al qana, gəlsin!..

Qorxum yox paşadan, sultandan, xandan,Gəlsin mənəm deyən, keçirdim sandan,Ərlər daldalanıb qorxmasın qandan,At sürsün, qovğaya mərdanə gəlsin!..

Koroğlu əyilməz yağıya, yada,Mərdin əskik olmaz başından qada.Nərələr çəkərəm mən bu dünyada,Göstərrəm məşhəri düşmana, gəlsin!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Koroğlu ilə Abdul xocanın görüşü

Sizə haradan xəbər verim, çardağlı Çənlibeldən. Çənlibeldə Qoç Koroğlu başında da yeddi min yeddi yüz yetmış yeddi dəlisi ilə məskən salmışdır. Heç bir tacir, bəzirgan Çənlibeldən keçib karvan apara bilməzdi. Günlərin bir günü Abdul Xoca Ərzurumdan gəlib Dərbəndə keçməli olur. Yolu Çənlibeldən düşür. Koroğlu da aylarla Ağ qayanın üstündə Abdul Xocanın yolunu gözləyir. Abdul Xoca Çənlibeldən keçən zaman Koroğlu Qıratın belində karvanın başı üstünü alır. Karvan dayanır. Abdul Xoca irəli çıxıb cibindən nal boyda qara pul çıxardıb Korogluya uzadır ki, igid, al, bu sənin yol basman. Koroğlu pulu alır, bir əli ilə əzib Abdul Xocanın üstünə atır. Abdul Xoca işi belə görüb karvana hərəkətə gətirir. Koroğlu bir çovlan edib, götürür "Şahsevəri" havasında görək nə deyir:Çənlibeldən gəldim sənə,

5 min
Abbasını özün al

Birisi molla Nəsrəddinin boynuna bir sillə vurmuşdu. Molla qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra mollaya dedi:Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.

1 min
Açar deşiyi

Molla Nəsrəddin hələ mədrəsədə oxuduğu günlərin birində müəllimondan soruşur:

1 min
Adama cumur

Bir gün Teymur Ləng Mollanı şikara dəvət edir.Qasid xəbər gətirirki, Molla bu saat gələcək. Gözləhagözlə, bir də baxırlar ki, Molla əlinin

1 min

Poems by other poets