Qartal gözü
İlahi, bu torpağımNecə sirli möcüzə.Adicə şəkliylə dəYenə dərs verir bizə.
Durma vətən övladı,Xəritəyə nəzər sal,Düşün nəyi öyrədirGördüyün uca qartal.
Gör necə də ləngərləSüzür qoşa qanadlar!Qartalındır, qartalınBu əzəmət, bu vüqar.
Kim deyər ki, var onunÖzgə quşa bənzəri?Dimdiyində aparırElə bil ki, Xəzəri.
Bakı! Sən bu qartalınYanar, parlaq gözüsən.Bədnəzərin gözünəBatan oxun özüsən!
Gəlin, bir də seyr edəkXəritədə Bakını.Kim görmüşGözün beləŞəffafını, pakını!
Milyon çıraqlı o gözZillənibdir uzağa.Qartal cürət etməzdiOnsuz qanad açmağa –
Milyon çıraqlı o gözŞəfəqlədib yolunu.Tufanlardan keçirmişQanadını, qolunu.
Milyon çıraqlı o gözYerə, suya səpir nur,Ulduzlara göz vurur.O qocaman qartalıUca, nurlu göylərə,Bir uğurlu səfərəUçurduqca uçurur...
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-qartal-gozu
Use ← → keys to move, R for a random poem
More by this author
Qollar rəqs eləyir, baxışlar gülür,Ürəklər çırpınır başqa büsatla.
“Biriniz od, biriniz su...”Oğul evləndirib qız köçürənlərTəzə duyğularla qol-boyun olur.
Ana və balaƏliylə təkərli yüyürük tutanGənc ana mənimlə gəldi üz-üzə.
XəyalÇox gəzib, çox dolaşdım yaxın, uzaq yerləri,Dincəlmədim dünyaya insan gələndən bəri.