“Gəlin atlandı”
Qollar rəqs eləyir, baxışlar gülür,Ürəklər çırpınır başqa büsatla.Başdan çiçək yağır, çiçək tökülür,Ovuclar sevinir qəndlə, nabatla.
Özgə vaxt yerindən dura bilməyənNənə, quştək süzür yüngül havaya.Cavanlıq eşqiylə bir ağız deyənBabanın da gedir səsi o taya.
Hazır dayanıbdır çöldə maşınlar,Gəlini gözləyir bir təzə “Volqa” –Onun da əynində toy libası var,Bürünüb qumaşa, əlvan yaylığa...
Muğamın burdakı təranəsini,Sazı, kamançanı bilmə əyləncə –“Gəlin atlandı”nın dinlə səsini,O, hikmət danışır ahıla, gəncə.
Adı köhnəlsə də, onun mənası,Xalları, rəngləri təzədir bu gün.Yanar bir nəfəsdən qopan nidası,Hər sözü-söhbəti bizədir bu gün.
Deyir: “Müqəddəsdir bu köç, bu şənlik,Aləm uğur söylər sənə, a gəlin!Olsun başdan-başa güllük-gülşənlikİlk qədəm basdığın təzə mənzilin.
Səni bir köhlən at, bax, qaça-qaçaAparır ən şirin arzuna sarı.Lakin belə yeyin, belə rahatcaKeçilmir, əfsus ki, ömür yolları.
Bu yol enir düzə, qalxır yoxuşa,Kol-kosdan adlayır, dağa dolanır.Dəyir köhlən atın dırnağı daşa –İnsan vaxt olur ki, piyadalanır.
Gərək bezməyəsən... ömürdü-gündü –Onun gecəsi də, gündüzü də var.Demə həyat belə toydu – düyündü,Onun bəd üzü də, xoş üzü də var.
Keçir öz ərinlə ömrü mehriban,Hər ayaq yeriniz bir gül bitirsin.Eşqiniz bu təzə evdən başlayanGələcək nəslə də vüqar gətirsin”.
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-gelin-atlandi
Use ← → keys to move, R for a random poem
More by this author
Qan tərin içində üzür saçların,Əlin-ayağınsa buza dönübdür.
Gözəl axtarıramSaçlarım qapqara, könlüm havalı,Bir gözəl gəzirdim qızlar içində.
Üç oğlum var idi... çox gördü taleÜç oğlum var idi... çox gördü tale,Cəllad baltasını çaldı belimdən –
Tez evləndirəkDüz deyiblər, bilmir bəzi cavanlarAta olanacan ata qədrini;
Poems by other poets
Mənim köməyim ol, mən dara düşsəm,baxma uzaqlardan, gəl dindir məni.
ArtıxdıBaşı aşağa gedən dilbər,Boyun cincardan artıxdı,
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
پسر، رو قدر مادر دان که دایمکشد رنج پسر بیچاره مادر