Bir suçu yol boyu arx qaza-qazaAxır bu gün gəlib bostana çıxdı,Tağlar, o demişkən, durdu pişvaza,Ona təzim etdi, əlini sıxdı.

Dalınca şütüdü sular şırhaşır,Gülüb-şaqqıldadı nəsə deyərək...Köpüklü ləpələr gah pıçıldaşır,Gah zümzümə edir şirin laylatək.

Suçu yorulmuşdu, dincəlim deyəArx üstə əyləşib sulara baxdı,Sonra yavaş-yavaş getdi mürgüyə,Çiyni ağırlaşdı, gözləri axdı...

Kəsdiyi bir çimə qoydu başını,Ona layla çaldı titrək ləpələr.Yumşaq görməmişdi nazbalışınıSuçu ömrü boyu bəlkə bu qədər.

Hər su şırıltısı – bir gözəl mahnı,Ürək söhbətiydi, ürək sözüydü.Ona dincəl deyən həmin laylanıÇöllərə gətirən onun özüydü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets