Çox gəzib, çox dolaşdım yaxın, uzaq yerləri,Dincəlmədim dünyaya insan gələndən bəri.

Arzulara qanadam, baş çəkirəm göylərə,Min təmtəraq tökülür qədəmim dəyən yerə.

Həm ötən bir bülbüləm, həm gözəllik sonası,Səadət aramaqdır uçuşumun mənası.

Bədniyyətlər könlündə necə tutum mən aram?Sağlam ruhlar qoynunda min bir büsat quraram.

Bəzən gileylənirlər qəlbləri yaxmağımdan,Əməlindən utansın məndən narazı insan!

“Şirin xəyal” desinlər mən pərinin adına,İntizarın təbibtək mən çatıram dadına.

Səngərdə bir yaralı sızlasa ağrılardan,Ya da ki, nişanlı qız soraq bilməsə yardan,

Könüllərə ruh verən qanadlarım açılar...Məndəki mənalarda gələcəyin hüsnü var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets