(Mahnı. Musiqisi Xəyyam Mirzəzadənindir)

Dindirirəm dinməyirsən,Bir kəlmə də danışmırsan.Su tökürəm sönməyirsən,Od vururam alışmırsan.

İçin-için yanan ocaqAlovlansın gərək bir gün.Qönçələyir hər il budaqTəzə güllər açmaq üçün.

Sən deyirsən bu sevdadanDüşməsin bir kimsə duyuq...Mən deyirəm sevən insanÖtüb keçməz soyuq-soyuq.

Əhdimizi biz dansaq da,Küsülütək dolansaq da,Gizli saxlar könül çətinAlovunu məhəbbətin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets