Qonşuda bir qız var çalıb-çağıran,O, təzə bir mahnı oxuyan zamanAlardı başına səsi dünyanı,Heyran eləyərdi onu duyanı.

Bu yanıqlı mahnı, bu coşğun səda...Radionu bağlardıq o, oxuyanda.Yatardıq, durardıq onun səsilə,Biz də şənlənərdik qəhqəhəsilə.

Bu mahnı, bu gülüş kəsildi bir gün,Hamı düşündü ki, görən nə üçün,Nə üçün o susdu?Şaqraq səsinəAdət eləmişdi bütün qonşular.Biri gülə-gülə söylədi mənə:“O qızı bu gecə nişanlamışlar”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets