— İsmayıl:Başına döndüyüm, qurban olduğumGözəl, nə dərdin var, söylə də görümYanıb eşqi odına biryan olduğumGözəl, nə dərdin var, söylə də görüm

— Pəri xanım:İgid, nə deyirsən, cana əzazilİgid, dərdim çoxdur, necə söyləyimYüz min təbib gəlsə, sağalmaz yaramMənim dərdim çoxdur, necə söyləyim

— İsmayıl:Əlacım yox, dərdin bilsəm gərəkdiQollarımı boynuna salsam gərəkdiƏlim oynar, qılınc vursam gərəkdiGözəl, nə dərdin var, söylə də görüm

— Pəri xanım:Gecə gündüz qəmdən ağrıdı başımAxıtdım didəmdən al qanlı yaşımCəngə göndərmişəm yeddi qardaşımİgid, dərdim çoxdur, necə söyləyim

— İsmayıl:Mən İsmayılam, munda qalayımXəncər alub qara bağrım dilləyimNola həsrətimi səndən alayımGözəl, nə dərdin var, söylə də görüm

— Pəri xanım:İgid oğlan, igidlərin sərdarıMuxənnəsin olmaz namusu arıSənə qurban olsun bu dərdli Pəriİgid, dərdim çoxdur, necə söyləyim

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets