Səssiz mahnı
Göz yaşları səssiz-küysüz nurlu mahnıdır.Gizli fikri bəyan edir, qəlbi tanıdır.
Bulaq olub qaynayar o, gəlsə xoş xəbər.Təbəssümlə şəfəqlənib yanağı bəzər.
Cilvə verər qara gözün gözəlliyinə,Dad o gündən kölgələnə, qara geyinə,
Axa sakit, axa sözsüz, axa aramsız.Ürəkləri parçalayar ağlayan bir qız.
Vaxt olur ki, göz yaşıyla ovunur ana –Övladının addımıdır düşür ovcuna.
Balasına həsrət ata hönkürtüsüdür,Dar ayaqda umulandan gizli küsüdür.
Quşu ölən bir uşağın ilk insafıdır,Əməlindən peşimanın etirafıdır.
Qaytarılmış bir üzüyün sınıq qaşıdır,Kövrək qəlbin daş ürəyə yalvarışıdır.
Qəriblərin: “vətən, vətən...” zümzüməsidir,Məhbəsdəki günahsızın fəryad səsidir.
Acizlərin etirazı olarmış yaman –Çaylar daşar göz yaşları tökülən zaman...
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-sessiz-mahni
Use ← → keys to move, R for a random poem
More by this author
Sahil bağı, qəndil altı – şirin gözləncək,Görüş yeridir.
Xeyli vaxtdır görüşmürükXeyli vaxtdır görüşmürük,Ayrılığa dözmürəm mən.
Özünü ömrünün ilk baharındaÖzünü ömrünün ilk baharındaHeç görüş yerinə çatdırmısanmı?
Pənah gətirmişəmXırda bir uşaqdın mən görən zaman,Eşqdən, sevdadan yoxdu xəbərin.
Poems by other poets
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Ey şahin cilvəlim, şunqar şivəlimEy şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.
Cəfərqulu xanın Mirzə Əbülqasım Qazinin həcv etməsiMatəmi böylə tutarmış məgər adəm, qazi?Edə lə’nət ona bəs sahibi-matəm, qazi?
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,