İpək telli, zərif qəlbəQurğuşun tök qəlpə-qəlpə.Üstünə qor səpə-səpəXışmalayıb əz ürəyi;

Rəhmə gəlib demə candır,Oda tutub alovlandır,Düşünmə ki, axan qandır,Tiyə alıb cız ürəyi;

Gecə-gündüz qalsa oyaq,Əhvalından tutma soraq,Talan olmuş şəhər sayaqTapdalayıb gəz ürəyi;

Nəşə çağı, sevda dəmiKarvan-karvan göndər qəmi,İstər qızıl alma kimiBudağından üz ürəyi;

Çarpacaq son nəfəsində,Ömür-həyat həvəsində.Qoca kişi sinəsindəÇarpmadımı qız ürəyi?

Zaman dərya... Ömür ada,Dalğalara olmaz qida!Versə ancaq verər badaBir tufanlı söz ürəyi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets