İləri
Erkən günəş tellərini yer üzünə saçmadan,Ceylanlar* öz sürüsüylə səhralara qaçmadan.Mütəfəkkir düşünürdüm bir xəyalın izincə;Bu yaz sabahı xilqətin təsvirinə gəlincə,Hər şeydə həddindən artıq bir sükunət yaşardı,Yalnız ayrı dağlardakı suların nərəsi vardı.
İştə, təbiətə bu gün hökm edən bir sükunətDünyaları qəhr edərdi bəlkə bulsaydı fürsət.Azca keçməmişdi həmən minarənin başındanAyazların şiddətilə donan soyuq daşindan,Möminləri çağırırdı ucalan "Allah" səsi,O ənini† boğmadaydi zavodların nərəsi
Artıq şəhər oyanmişdı… başlanmışdı hərəkət,Harda hərəkət yaşarsa, orda yaşar bərəkət.Qarşı dağın göbəyindən zər qanadlı bir pəri.Gülümsəyən gözlərilə söyləyirdi "iləri!"
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-ileri
Use ← → keys to move, R for a random poem