Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,Hər məclis üçün zinət zivərdi samovar,Min xosrovi-Pərvizə bərabərdi samovar,Guya deyəsən Rumda qeysərdi samovar

Çox naküs biganələri elədi məşhur,Çox əcləf divanələri elədi məğrur,Çox xaneyi-viranələri elədi məmur,Çox aqil və fərzanələri elədi məqhur,Ev yıxmağa vallahi müqərrərdi samovar

Bir aşiq dilsuz olub canı şərdə,Can qoymadı məşuqi olan çay və şəkərdə,Çox yoxsulu mülyançı qılıb əhli-nəzərdə,Çox tacir və ərbabə verib tabi-zərərdə,Bir atəşi-eşq içrə səməndərdi samovar

Hər kim onu görsə düşər əlbəttə səcdə,Hər bəzmdə çün rəşk verir micməri-udə,Şaqqıldamağı şur salır çərxi-kəbudə,Əlqissə o hər evdə əgər gəlsə vücudə,Guya o evə şəmi-münəvvərdi samovar

Podnos və qaşıq, çaynik və fincani-mülləvvən,Hər bəzmdə çün rəşk verir micməri-udə,Cingıltısı sinəvalə olub bülbüli-gülşən,Çox kimsənə bilmərrə verib dövlətin əldən,Mehbubi gözəl gör necə dilbərdi samovar

Çox zövq və səfa andan alır məclis və məhfil,Aşüftə olub çəmxəminə çox mütəmməl,Çox fəqru-qəni ülfətinə bağladılar dil,Əhvalı təğyir tapıb oldu işi müşkül,Can almağa bilməm necə kafərdi samovar

Müflis olubın indi uzaxdan baxanım vay,Bir şahidən ötrü tökülən qan qusanım vay,Dörd aylığını çay dilində salanım vay,Haqq dost deyib Rum və Fərəngə qaçanım vay,Qaç başına daş salmağa istərdi samovar

Çoxları bu xətadidə çayın gördü xətasın,Əla və kasib şövqə gəlib qurdu əsasın,Fərhadə dönüb evlərinin yıxdı binasın,Pul tapmadı çoxları, çıxarıb satdı libasın,Təhqiqi budur bir büti-Azərdi samovar

Acı çaya naz ilə baxıb göz süzənim vay,Pürpəsqə içüb dişləyibən zək əzənim vay,Əfsürdə qalıb borclu əlindən çizənim vay,Avarə düşüb bisərü saman gəzənim vay,Bir dön dalı bax, gör nicə qaynardı samovar

Faiz, rövşi-xəlqə baxıb elə bir ibrət,Təşvişə düşüb qənd ü çaya salma ərədət,Bilmərrə üzüb əl, elə tərkini adət,Bir şux da var zövqü səfa həm dəxi ləzzət,Qəm günündə sənə mönüs yavərdi samovar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets