Sallana-sallana gedən gözəl qız,Ay qız, bu güzarın bulağadırmı?Niyə gec gəlirsən, tez qayıdırsan,Tez gəlib, gec getmək qadağadırmı?

Mən qurban sən təki aynaqabağa,Zibi-zənəxdana, gülgəz yanağa.O bəyaz bədənə, o ağ buxağa,Şəkkərin şərbəti dodağadırmı?

Ölməyib tapaydın həyat, ay Mirzə,Olmaz sənin kimi xəyyat, ay Mirzə,Bərələri pusan səyyad, ay Mirzə,Canın yar yolunda sadağadırmı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets