Könül quşu yenə havalanıbdı,Qalxıb ərş üzünə tağı dolanır.Bilməm hansı vəfadara uyubdu,Əyər olsa həyat, bağı dolanır.

Qüdrətdən çəkilib ağ nazik əllər,Rizvan şanəsində daranır tellər,Yarın oylağında gəzən gözəllər,Cümləsi canıma yağı dolanır.

Mən oldum dünyada sənətə pərgar,Hayıf sözlərimə yoxdu xiridar,Mənə möhkəm ilqar verən nazlı yar,Əğyar məclisində saqi dolanır.

Bilməm dostum hansı, düşmənim hansı,Üzümə kəm baxdı xubların xası,Dostun məzəmməti, düşmən tənəsi,Xəyyat Mirzə, qəm otağı dolanır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love