Ağrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?Ağ nazik əllərlə, incə barmaqla,Səni yazan görüm o dilbərdimi?

Görünmür çoxdandı, halım pərişan,Bu qədər cəfaya dözərmi insan?!Söylə, açıq söylə, sevdiyim cananMənim bu dərdimdən xəbərdardımı?

Nə vaxtdı gözlərəm sənin yolunu,Gəl, sevindir Mirzə kimi qulunu.Gizlətmə yarımın xoş əhvalını,Yoxsa gətirdiyin dərdi sərdimi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love