Hicran dustağıyam, dərdə giriftar,Bu dərdimi kimsə bilməz, əzizim!Hərcayıdan mənə bir ox dəyibdi,Ölənədək üzüm gülməz, əzizim!

Pozulubdur mən Mirzənin əsası,Seyraqubla qurtarmayıb davası.Deyərlər ki: «qabaq qoçun qisası,Heç buynuzlu qoçda qalmaz», əzizim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets