Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.

Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.

Başımdan getmədi hərgiz səninlən içdigim badə,Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.

Əzəldə canım içində yazıldı surəti-məni,Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.

Şaha şirin sözün qılır Misirdə bir zaman qasid,Nə qasid? Qasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.

Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love