Kapital
Hər zaman qəlbimi bir qüvvə əzir, parçalayır,O mənim sinəmin üstündə ocaqlar qalayır.Dağıdır fikrimi sərməst olaraq inləyirəm,Bu uğursuz, bu köpəkdən daha qorxunc qüvvət,Məni bir an belə duymaz və buraxmaz rahət.Nədir aya, o nədir, söylə, nədir, ah nədir'?Kapitaldır ki, bəşər əski zamandan bəridir.Ona bir Tanrı qədər səcdə qılar, hörmət edər,Ən uzaq bir günəşin kölgəsini seyrə gedər."Dəli şair" də həyatın bu sönük kölgəsinə,Çox zaman aldanaraq qoşdu onun səcdəsinə.
Kapital məncə qərəzdir, kindir,Bir mələk olsa da pək çirkindir.Nə qədər varsa da dünyada bu səs,Ala bilməm ki, mən azadə nəfəs.Komsomol! Sərvətə can vermə, sakın!O ilandır, ona sən durma yaxın.Sənə alqış, sənə qüvvət, sənə can,Sənə sönməz əbədi bir həyəcan.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-kapital
Use ← → keys to move, R for a random poem
More by this author
Həyat dedikiəri şübhəli bir şey,Ölümsə şübhədən çıxmaq deməkdir.
Bahar şərqisiGünəş doğdu, yayıldı,Yatan ellər ayıldi.
Matəm nəğməsiGedərkən sükuta gecənin qəlbi,Eşitdim sularda matəm nəğməsi.
İləriErkən günəş tellərini yer üzünə saçmadan,Ceylanlar* öz sürüsüylə səhralara qaçmadan.