Birincisi oynaq, qayğısız xoş üz,İncə bir musiqi andırır səsi.Yaşar gözlərində canlı bir gündüz,Ətrafı güldürür hər qəhqəhəsi.

Yox onun qəlbində nə qərəz, nə kinBütün varlığında bir hərəkət var.Şahin baxışla olduqca kəskin,Sarsıdamaz onu nə çovğun, nə qar.

Digəri daha xoş bir qız yavrusu,Lalədən rəng alıb gülür varlığı.Onun nə dərdi var, nə də qayğusu,Qazanmış əsrindən bəxtiyarlığı

Mən bu səhnəciye inandım gerçək,Var imiş həyatm xoş zamanları.Bizdən daha parlaq günlər görəcək,Bu yeni dünyanın qəhrəmanları.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets