İlham pərisi
Sənin həyat dəftərindən nə dövranlar gəlib keçdi,Sənin sənət bulağından neçə nəsil şərbət içdi!..Ayağını qoyan gündən bizim doğma səhnəmizə,Əksimizi güzgü kimi düz göstərib açdın bizə.Bizim doğma səhnə! dedim, məncə, bu söz müqəddəsdir.Məncə, bizi yaşadan da bu məhəbbət, bu həvəsdir!Sənət nədir? O həyatın qaynar axan çeşməsidir,O zamanın gözümüzdən lenta kimi keçməsidir…O müzəyyən bir aləmdir… Hər tərəfi şölə çıraq,O aləmdən nur tökülür hər vicdana qucaq-qucaq.Bizim sənət doğrudan da ayın, günün camalıdır,Dünya görmüş bir millətin qızıl tacı, kamalıdır.Ondan doğur qəlbimizə gülər üzlü min bir səhər,Açır bizə qucağını saf eşqlər, məhəbbətlər.Baxıb gözəl səhnəmizə anlayırıq özümüzü…Yurdumuzun üzü kimi, səhnəmizin safdır üzü.
Sən səhnədə saç ağartdın, doğrudan da sənətkarsan,Sən daim ətir saçan, güllər açan bir baharsan.Ürəkdəndir tərpənişin, könüldəndir danışığın,Sən ilhamın qüdrətinə doğrudan da möhkəm sığın!İlham sənət rübabıdır, sim istəyir bizdən o saz…O bir dövlət quşudur ki, hər eyvana uçub qonmaz.Qoy ilhamsız yaradanlar bir utansın bu dünyada,Alqışlara aldanmayaq, alqışlar da gedər bada.Sənət hünər meydanıdır, qoy pələnglər addım atsın,Mən istərəm filosoflar səhnəmizə söz yaratsın.Fikri, qəlbi dayazların xəyalatı dayaz olar,Əsərinin mənası da özü kimi bir az olar.Dar meydanda aslanın da zəncirlənər əl-ayağı,Qələmlərin qüdrətilə çiçəklənməz sənət bağı.Sən də, yoldaş tamaşaçı! Sən də mənə bir qulaq as!Zövqü sadə gülüş bilmək heç bir kəsə əfv olunmaz.Hər ötərgi lağlağıya söylə, neçin əl çalırsan?Neçin tərlan ovlağından sən yerlərə alçalırsan?öz qəlbinin otağında sən də qartal eşqi bəslə!Sən gözünü günəşə dik, ulduzları yerə səslə!Ucuz-ucuz alqışlardan yorulmasa o əllərin.Qanad açıb qalxmayacaq göy üzünə əməllərin.Gəlin dostlar, səhnəmizin söz tacına kamal verək!Min gözəllik heykəlilə bu dilbərə camal verək!Qoy var olsun böyük qəlbin, böyük fikrin hər neməti.Bizim Odlar ölkəsinin şeir, sənət məhəbbəti!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-ilham-perisi
Use ← → keys to move, R for a random poem
More by this author
O gün ki, üstünü cəlladlar aldı,Günahsız töküldü müqəddəs qanın.
Mən tələsmirəmDostlar, badələri qaldırın içək!Gecə ulduzludur, hava da sərin.
GödəkcəDostum! Moskvada, iki il qabaq,Qarlı bir qış günü bir evə dolduq.
Yada sal məniAşıq Şəmşir, Dəlidağdan keçəndəKəklikli daşlardan xəbər al məni.
Poems by other poets
Ola bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
OynaşırKatiblərin şahı dəftər içindəQələm ilə nazik əllər oynaşır.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi