Son baxışlar
Deyirlər bir insan ölcəkKainatın üzü dönür.O bədbəxtin gözləritəkSəmada bir ulduz sönür.
Ulduz sönür – qoynundakıNeçə əməl dəyir daşa,Ulduz sönür – sirli dünyaToza dönür başdan-başa.
Hər ürək də asimandır,Şölə saçır ulduz kimi.Yaranışdan vardır onunÖz dünyası, öz aləmi.
O dayansa, o vurmasaDağ başını qar almazmı?Yer üzünü bəzəyəcəkQönçə güllər saralmazmı?
O dayansa, o vurmasaGöy gurlayar, şimşək çaxar;Səma qara buludlardanSinəsinə bir lent taxar.
Ay tutular, ay camaldaÇatılanda qara qaşlar.Nə həsrətli, nə sirlidirSon baxışlar, son baxışlar...
[?]Sönər-sönər... ah nə dəhşət!Neçə-neçə dost ürəyinDünyasına çökər zülmət.
Deyirlər bir insan ölcəkKainatın üzü dönür.O bədbəxtin gözləritəkSəmada bir ulduz sönür.
Bəli, nəfəs gedən andaBir aləmin sonu çatır.Göz əbədi yumulandaUlduz nədi, günəş batır...
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-son-baxislar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Rast gəldimPərinin bağmda seyran eylədim,Almalı, alçalı yaza rast gəldim.
YandımYenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəcVəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.