(Mənsiz – Sənsiz)

– Dünya! Sürməmişkən hələ səfanıDaddım hər dərdini, cövrü-cəfanı.Körpəmin yanında tapşırdım canı,Yetişə bilmədi imdada, mənsiz.

– Səndən ayrılalı candan ayrıldıq,Qəlpəsi ürəkdə min yara aldıq.Bu da möcüzədi – ölmədik, qaldıq,Nəfəsli müqəvva olmuşuq sənsiz.

– Bu necə bəlaydı gəlib tuş oldum?!Qərəzsiz zərbəylə vurulmuş oldum.Daha yuvasına dönməz quş oldum,Heç kəsi tapmaya o xata, mənsiz.

– Xəyalın önündə çəkirik keşik,Zindandı – məhbəsdi bizə ev-eşik,Bağrımız partlayır, sənsizləmişik,Havamız çatışmır, qalmışıq sənsiz.

– Qürbətdə, vətəndə keçən o çağlarBir-bir yada düşər, sirdaşım ağlar.Bilirəm qəlbində mənə yas saxlar,Bir daha görməsin qan-qada mənsiz.

– Üstündə qış-payız çiçək təzədi,Hər biri ürəyə batan nizədi.Türbəni builki nübar bəzədi,Sovulan bostanıq, solmuşuq sənsiz.

– Deyirlər bir lentdə gur səsim qalıb,Aldığım-verdiyim nəfəsim qalıb.Yaşamaq həsrətli həvəsim qalıb,Eşitcək düşərsiz siz oda mənsiz.

– Dağlana-dağlana salırıq yadaBəzən məlul-müşkül baxmağını da,Bəzən şimşək olub çaxmağını da.Küsmüsən? Qayıt gəl, hardasan, harda?! –Boranlı-tufanlı bir qışıq sənsiz.

– Nəriman, Xansuvar! Salamat qalın,Şirin cavanlıqdan siz də kam alın.Amandır, məni də bir yada salınGedəndə hər toya-büsata mənsiz.

– Fəxrəddin! Səninlə yenə sirdaşıq,Üç idik, yenə də biz üç qardaşıq.Ancaq... sevinməyi yadırğamışıq,Meyli göz yaşına salmışıq sənsiz.

– Qardaşlar! Yaşayın yüz ildən uzun,Ömrümün qalanı qoy sizin olsun.Cüt balam böyüyüb kamala dolsun,Çatdırın onları murada mənsiz.

Əhdim başa gəldi, eşitdi hamı:Oğlum oldu, yandı taleyin şamı.Mənim mənsiz qalan Ayaz balamıƏrköyün böyüdün, ay ata, mənsiz.

– Sənin telin sayaq qıvrımdı teli,Səninkidir üzü, ayağı, əli.O da sənin kimi oynağan-dəli,İyini biz ondan alırıq sənsiz.

– Deyərdim bir bacım olsa nə dərdim,Qəşəng geyindirib kecindirərdim.Atasız qalıbdır indi Fərəhim,Onda gözün olsun, ay ata, mənsiz.

– Adı Fərəh, özü talesiz bəndə,Birdən doluxsunur deyib güləndə,Baxır üzümüzə adın gələndə,Cavabsız xəyala dalırıq sənsiz...

– Nənəm ağı desin, sinə dağlasın,Qara maşınıma qara bağlasın.Anam layla çalsın, atam ağlasın...Düşüm qoy həmişə mən yada mənsiz.

– Poladdan, daşdan da bərk imiş ürək,Yığılıb açılır... yaşayır demək.Göylərin kədəri qara buludtəkYüz yol boşalmışıq, dolmuşuq sənsiz.

– Çaydım – gözdən axan yaşa dönmüşəm,Qartaldım – qanadsız quşa dönmüşəm,İnsandım – bir soyuq daşa dönmüşəm,Baxın o doğmaya, – bu yada mənsiz.

– Yazıldı alnına bu müdhiş yazı,Yerlər narazıdır, göylər narazı.Bizlər sənə, sən dünyaya tamarzı,Əlləri qoynunda qalmışıq sənsiz...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets