Ballı qaya
Uçurumlardan keçə-keçəÇatıb qarlı zirvələrə,Ad verərək neçə-neçəAdsız yerə, sansız yerə,Saçında bir çəngə bulud,Qaşlarında sırsıra, sis,Şiş qayaya üz tutaraqAldı soraqBir alpinist:– Adın nədi? Adın nədi?
– Nədi?! Nədi?!– Adın nədi, a daşlarıXallı qaya? Xallı qaya!– Ballı qaya! Ballı qaya!– Qoynundakı sirr nə, de, sən.Sirr nə, de sən?– Hər nə desən... Hər nə desən.– Ballı qaya, balın v-a-aar?Balın v-a-arr?– V-a-aar, v-a-a-aar, v-a-a-ar...Gənc alpinist baxdı-baxdıHeyran-heyran.Üst-başına şirə yağdı –Sarp qayada məskən salanArıların vilayətiƏl çatmayan koğuşlaraToplamışdı var-dövləti.– Kimə sirdaş oldun dünən,Bu gün, qaya, bu gün, qaya?– Günə, Aya! Günə, Aya!..– Kimə yığıb saxlamısanXəzinəni fəsil-fəsil,Sənə-sənə?– Sənə, sənə! Sənə, sənə...
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-balli-qaya
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sevgi məktubları düşübdür dəbdən,Cavanlar eşqini yazmır kağıza.
YaxşıdırCan qurban eyləsən, layiqdir, yenəO gözəl qədrini bilsə, yaxşıdır.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm