Gəlmişəm
Səndən ayrılanda, dağlar, cavandım,İndi görüşünə qoca gəlmişəm.Qayğılar üstümə düşdü – talandım,Üzümə üz tutub borca gəlmişəm.
Diləyim çoxsa da, gəl əsirgəmə,Nə arzu eləsəm, yoxumdur demə.Qaytar sən bu dəmdən məni o dəmə,Düşmüşəm yamanca suça, gəlmişəm.
Mehribandır obaların, ellərin,Şəfalıdır çiçəklərin, güllərin,Məlhəm olsun deyə sərin yellərinSinəmi mən aça-aça gəlmişəm.
Xatirəmin güllərini üzməyə,Cığır örtən otlarını əzməyə,Haraylayıb gəncliyimi gəzməyə,Yollarını quca-quca gəlmişəm.
Zəri altı duran bəxtə-naxışa,Möhkəmcə yaddaşa, möhkəmcə huşa,Cağbacağ dişlərə – üyüdən daşa,Yapdığım küt gedir, saca gəlmişəm.
Baxışda tüğyana gələn dənizə,Qırışsız alına, gözlüksüz gözə,Çəliksiz əllərə, əsməyən dizə,Bükülməyən qola-qıça gəlmişəm.
Yanaqda közərən laləyə, gülə,İlanı yuvadan çıxaran dilə,Dayı dedirtməyən qapqara telə,Hələ dən düşməyən saça gəlmişəm.
Damaqdan getməyən dada-ləzzətə,Qızlar bəyəndiyi boya-qamətə,İti, şux yerişə, taba-taqətəMöhtac qalıb uça-uça gəlmişəm.
Tövşümək bilməyən odlu nəfəsə...Durnanı havada saxlayan səsə,Tükənməz nəşəyə, bitməz həvəsə,Hünərə, qüdrətə, taca gəlmişəm.
Ömrün zinətini illər alıbdır.Mahir ovçu kimi bir-bir çalıbdır.Bircə sən verdiyin vüqar qalıbdır,Hüzuruna başı uca gəlmişəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-gelmisem
Use ← → keys to move, R for a random poem
More by this author
Qızılgül, ətrini yayıb hər yana,Hədiyyə olursan dosta, düşmana.
Zəhləm getdi... çiçəklərdən(Zarafatyana)*Gözəllikdən dərs deyənim,
Sənə baxanda“Sənə nə olub!” demə, sənə baxanda,İrad tutma, o şirin, mənalı anda.
Görən nə deyər...Durmuşam onunla yenə üz-üzə?Məsləhət almağa gəlib yanıma.
Poems by other poets · Nature and spring
Dəniz dərdə düşər, dalğalar ağlar,Dağlara dərd gəlsə, dumana yazıq
سر و بالایی که دارد بر سر گل مشک نابآفت دلهاست و اندر دیدهام چون آفتاب
Gül dahi şol ağzun gibi pür-hande degüldGül dahi şol ağzun gibi pür-hande degüldBülbül ho tapun gibi ser-âyende degüldür
BənövşələrSən baharın qonağısanBoynu buruq bənövşələr.