Yazıq
Dəniz dərdə düşər, dalğalar ağlar,Dağlara dərd gəlsə, dumana yazıqSənsiz öz elində qərib kəsilibDurnalardan xəbər umana yazıq!
Bir quş oxur bizə sabah əzanı,Çağırmaqda yola yoldan azanı.Ərənlər söyləyən, Allah yazanıDuymadan yox olan imana yazıq!
Zəmzəmin dərdini dinləyən qardaş,Ölkəndə bir könül yapmaya uğraş!Açılınca yollar Kəbəyə birbaşBir könül yapmayan vicdana yazıq!
Gün batanda sarı bulud sarısı,Söylər sizə düşmüş dərdin yarısı!Ey elin xanımı, qızı, qarısı.Əl açmış bacılar düşmana, yazıq!
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-yaziq
Use ← → keys to move, R for a random poem