Yazım, gəl, baharım, gəl
Ürəyim döyünüb uçar quş kimi,Düşər torpaqlara vurulmuş kimi’Sellər, sular coşar qudurmuş kimi!Vuruşar, döyüşər yorulmuş kimi,Çəkilər yatağa durulmuş kimi!
Yazım, gəl, baharım, gəl!Şəmsim, gəl, Nigarım, gəl!Əsmər üzlü yarım, gəl, -Gəl, yoxdur qərarım, gəl!
Əzəldən salmışam meylimi, meylimi sana!Veribdir hüsnünü Leylimi, Leylimi sana?Dönsəm, üzüm dönsün, dönmərəm səndən,Sən dönsən mən neylim, mən neylim sana?!
Neylim gəl, ay neylim, gəl!Sana düşüb meylim, gəl!Məcnun qaçıb çöllərə, -Leylim, gəl, ay Leylim, gəl!
Bu bağdan, bu dağdan keçmərəm sənsiz,Bu sulu bulaqdan içmərəm sənsiz!Ömür dedikləri bir göy zəmidir.Bir dərz, oraq alıb biçmərəm sənsiz!
Mudum, mudum, ay mudum,Sənsən mənim umudum!Sən bəni unudubsan,Mən səni necə unudum?!
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-yazim-gel-baharim-gel
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
ZəmanəmiTitrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə