Titrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?Dolaşmır dəhanda söhbətim, sözüm,Mənmi qocalmışam, ya zəmanəmi?

Tutulur məclisdə igidin yası,Kar görmür qılıncı, polad libası,Gəlib bic əyyamı, namərd dünyası,Mənmi qocalmışam, ya zəmanəmi?

Belə zaman hara, qoç igid hara,Mərdləri çəkirlər namərdlər dara,Tərlanlar, laçınlar baş əyir sara,Mənmi qocalmışam, ya zəmanəmi?

Axır əcəl gəldi, yetdi hay, haray!Çəkdiyim qovğalar bitdi hay, haray!Tüfəng çıxdı, mərdlik getdi hay, haray!Mənmi qocalmışam, ya zəmanəmi?

Koroğluyam, Qırat üstə gəzərdim,Müxənnətlər başın vurub əzərdim,Nərələr çəkərdim, səflər pozardım,Mənmi qocalmışam, ya zəmanəmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets