Uca-uca dağlar başı,Çənli də olur, çənsiz də olur.Cəhd elə bir işə qatıl,Sənli də olur, sənsiz də olur.

Ağ üzdə busə tək gərək,Ərənlər İsatək gərək,Gözəllər Nisatək gərək,Telli də olur, telsiz də olur.

Koroğlunun atı gərək,Dəmir, polad qatı gərək.Bir igidin zatı gərək,Pullu da olur, pulsuz da olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets