UŞUN QOCA OĞLI SƏGRƏK BOYINI BƏYAN EDƏR
Oğuz zamanında, Uşun qoca deyərlər, bir kişi vardı. Ömründə iki oğlı vardı. Ulu oğlının adı Əgrək idi. Bahadır, dəlü, yaxşı yigid idi. Bayındır xanın divanına qaçan istəsə varır-gəlürdi. Bəglərbəgi olan Qazan divanında buna heç qapu-baca yoğdı. Bəgləri basub, Qazan önində oturardı. Kimsəyə iltifat eyləməzdi.
Məgər xanım, genə bir gün bəgləri basub oturıcaq Tərsuzamış derlərdi, Oğuzda bir yigit vardı, aydır: “Mərə Uşun qoca oğlı, bu oturan bəglər hər biri oturduğı yeri qılıcıyla-ətməgiylə alubdur. Mərə, sən başumı kəsdin, qanmı tökdün, acmı doyurdun, yalıncaqmı donatdın?!” - dedi.
Əgrək aydır: “Mərə Tərsuzamış, baş kəsüb-qan tökmək hünərmidir?” - dedi. Aydır: “Bəli, hünərdir ya”.
Tərsuzamışın sözi Əgrəgə kar eylədi. Durdı, Qazan bəgdən aqm dilədi. Aqm verdi, çağırtdı. Aqınçı dərildi. Üç yüz say cidalu yigit bunun yanına cəm oldı. Meyxanədə beş gün yemə-içmə oldı. Andan Şiröküz ucmdan Gögcə dənizə dəkin el çarpdı. Galaba toyum oldı. Yolı Əlincə qalasına uğramışdı. Qara təkür orada bir qorı yapdırmışdı. Uçardan qaz, tavuq; yürürdən keyik, tavşan bu hovlaya doldurub, Oğuz yigitlərinə bunı dam etmişdi.
Uşun qoca oğlının bu qorıya uğradı. Qorının qapusın ovatdılar. Sığm-keyik, qaz-tavuq qırdılar; yedilər-içdilər. Atlarının əyərlərin aldılar, geyimlərin çıqardılar.
Məgər Qara Təkürün casusı vardı, bunları gördi. Gəlüb aydır: “Mərə, Oğuzdan bir bölük atlı gəldi. Qorunın qapusın ovatdılar, atlarının əyərin alub, geyimlərin çıqardılar. Mərə, nə durarsız?” - dedi.
Altı yüz qara donlu kafir bunların üzərinə qoyuldılar. Yigitləri qırdılar, Əgrəgi tutdılar. Əlincə qalasına zindana bıraqdılar.

  • Katib “Ulaş oğlu Salur Qazan” yazmaq istəmişdir.

Qara-qara dağlardan xəbər aşdı. Qanlu-qanlu sulardan xəbər keçdi. Qalın Oğuz ellərinə xəbər vardı. Uşun qocanın ağ-ban evi önində şivən qopdı. Qaza bənzər qızı-gəlini ağ çıqarub qara geydi. Uşun qoca “Oğul, oğul!” - deyü ağca yüzlü anasıyla ağlaşdılar, bozlaşdılar.
İyəgülü ulalur, qabırqalu böyür. Məgər xanım, Uşun qocanın kiçi oğlı Səgrək eyü, bahadır, alp, dəlü yigit qopdı. Bir gün yolı bir dəməgə uğradı, qondılar. Yemək-içmək etdilər. Səgrək məst oldı. Dışra ayaq yolma çıqdı. Gördi kim, öksüz oğlan bir qız anı çəkişür. “Mərə, noldınız?” deyü bir şillə birinə, bir şillə birinə urdı. Əski donun biti, öksüz oğlanın dili acı olur. Biri aydır: “Mərə, mizim öksüzligimiz yetməzmi, bizi niyə urarsan? Hünərin var isə, qardaşın Əlincə qalasında əsirdir, var, anı qurtar!” - dedi.
Səgrək ayıtdı: “Mərə, qardaşımın adı nədir?” Ayıtdı: “Əgrəkdir”. Ayıtdı imdi: “Əgrəgə Səgrək yaraşur, qardaşım sağmış, qayurmazam; qardaşsız Oğuzda durmazam. Qarannulu gözüm aydını qardaş!” deyü ağladı. İçərü - söhbətə girdi. Dəstur dilədi. “Bəglər, xoş qalun!” - dedi. Atın çəkdilər, bindi. Çapdı, atasının evinə gəldi. Atından endi. Anasının dilin aradı. Səgrək burada söyləmiş, görəlim, xanım, nə soylamış, aydır:
Qalqubanı, ana, yerimdən durdı Yelisi qara Qazılıq atıma butun hindim.
Arqurı yatan Ala dağ ətəginə vardım.
Qanlu Oğuz ellərində dəmək var imiş,
anda vardım.
Yemək-içmək arasında
ağ-boz atlu bir çapar gəldi. Çoq zamanmış, “Əgrək” deyərlər,
bir yigit tutsağmış.
Qadir Tanrı yol vermiş, çıqub gəlmiş.
Ulu-kiçi qalmadı, ol yigidə qarşu getdi.
Ana, mən də varayınmı, nə dersin? -dedi.
Anası burada soylamış, görəlim, xanım, nə soylamış. Aydır: •Aaf#l AA -

Ağzın içün öləyim, oğul!
Dilün içün öləyim, oğul!
Qarşu yatan qara dağın yıqılmış idi,
yucaldı, axır!
Aqındılı görklü suyun sovğulmışdı,
çağladı, axır!
Qaba ağacda dal-budağın qurımışdı,
yaşarıb-gögərdi, axır!
Qalın Oğuz bəgləri izinə varsa,
sən varğıl!
yigidə yetdügində
ağ-boz atın üzərindən yerə engil!
Əl qavşırıb, ol yigidə salam vergil!
Əlin öpüb, boynın quçğıl!
Qara dağım yüksəgi qardaş degil!
Nə durarsan, oğul, yortğıl! - dedi.
Oğlan anasına soylamış, görəlim, nə soylamış, aydır:
Ana, ağzın qurısun!
Ana, dilin çürisün!
Mənim xud qardaşım varmış,
qayursam, olmaz!
Qardaşsuz Oğuzda dursam, olmaz!
Ana haqqı Tanrı haqqı olmasaydı,
Qara polad uz qılıcım tutaydım, öafıllücə görklü başın kəsəydim,
Alca qanın yer yüzinə tökəydim,
Ana, zalım ana! - dedi.
Babası aydır: “Yanlış xəbərdir, oğul. Qaçan-gedən sənin ağan degil, ayrıdır. Ağ saqallu mən babanı ağlatmağıl! Qancıq olmış ananı bozlatmağıl!” - dedi. Oğlan burada soylamış, aydır:
Üç yüz altmış altı alp ava binsə,
Qanlu keyik üzərinə qovğa qopsa,
Qardaşlu yigitlər qalqar-qopar olur.
Qardaşsız miskin yigit ənsəsinə
yumruq toqunsa,
-« s§iä igft»KsAğlayuban
dört yanına baqar olur.
Ala gözdən acı yaşın dökər olur...
Ala gözlü oğlunuzı görüncə
Bəg baba, xatun ana, əsən qalun! - dedi.
Ata-ana “yanlış xəbərdir, getmə, oğul!” - dedilər. Oğlan aydır: “Məni yolımdan ayırman! Ağam tutulan qalaya varmaymca, ağamın ölüsin-dirisin bilməyincə, öldisə, qanın almayınca Qalın Oğuz elinə gəlməgim yox!” - dedi.
Ata-ana ağlaşub, Qazana adam saldılar. “Oğlan qardaşın
andı gedər; bizə nə ögüt verərsən?” - dedilər. Qazan aydır:
“Ayağına ət tuşağın urun!” - dedi. Yavuqlusı vardı, tez dügün-diring etdilər. Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırdılar.
Oğlanı gərdəgə qoydılar. Qızla ikisi bir döşəgə çıqdılar. Oğlan qılıcın çıqardı. Qızla kəndü arasına bıraqdı. Qız aydır: “Qılıcın geydir, yigit, murad ver, murad al, sarılalım!” - dedi. Oğlan aydır: “Mərə qavat qızı, mən qılıcıma doğranayım, oxuma sancılayım! Oğlum doğmasun, doğarsa, on yaşına varmasun, ağamın yüzin görməyincə, ölmiş isə, qanın almayınca bu gərdəgə girərsəm!” - dedi.
Uru durdı, tavladan bir şahbaz at çıxardı, əyərlədi, geyimin geydi. Dizcik, qarucıq bağlandı. Aydır: “Qız, sən mana bir yıl baqğıl! Bir yildə gəlməzsəm, iki yil baqğıl! İki yildə gəlməzsəm, üç yil baqğıl. Gəlməzsəm, ol vaqt mənim öldügimi biləsən. Ayğır atum boğazlayub, aşum vergil! Gözün kimi tutarsa, könlün kimi sevərsə, ana varğıl!” - dedi. Qız burda soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Yigidim, mən sana bir yil baqam.
Bir yildə gəlməzsən, iki yil baqam.
İki yildə gəlməzsən, üç-dört yil baqam.
Dört yildə gəlməzsən, beş yil, altı yil baqam.
Altı yol ayırdına çadır dikəm.
Gələndən-gedəndən xəbər soram.
Xeyir xəbər gətürənə at, don verəm,
qaftanlar geydürəm.
-«|s§ SK**-

Şər xəbər gətürənin başın kəsəm.
Ərkəg sinəgi üzərimə qondurmayam.
Murad ver, murad al, andan get, yigidim! -dedi.
Oğlan aydır: “Mərə qavat qızı, ağam başına and içmişəm, dönməgim yox!” - dedi. Qız aydır: “Qədəmi qutsuz gəlin deyincə, udsuz gəlin desünlər. Qayın atama, qayın anama aydayım”, -dedi.
Soylamış, qız aydır:
Atamdan yegrək qayın ata!
Anamdan yegrək qayın ana!
Qaytabanın buğrası ürkdi gedər,
Sarvanlar önin aldı, döndərəməz.
Qaraquc ayğırın ürkdi, gedər,
Ilqıçılar önin aldı, döndəriməz.
Ağayılın qoçları ürkdi, gedər,
Çoban önin aldı, döndəriməz.
Ala gözlü oğlun qardaşını andı, gedər,
Ağca yüzlü gəlinün döndəriməz;
sizə məlum olsun! - dedi.
Ata-ana ah etdilər. Yerlərindən qalqdılar “oğul, getmə” deyü. Gördilər, çarə olmadı. “Əlbətdə, ol ağam tutulan qalaya varmayınca olmazam”, - dedi.
Atası-anası: “Yort, oğul! Uğurun açuq olsun, sağ-əsən varub gələsən, gələcəgin varsa!” - dedilər. Atasının-anasının əlin öpdi. Qaraquc atına sıçrayub bindi.
Dün qatdı, yort eylədi. Üç gün dünli-günli yortdı. Dərəşam ucmdan keçdi, ol qardaşı tutılan qorıya gəldi. Gördi kim, ilqıçı kafirlər yund güdərlər. Qılıc çəküb altı kafir dəplədi, tovlanbaz urub yundları ürkitdi. Gətürüb ol qorıya qoydı. Dün qatmış, üç gün-dünli yortmış yigit, qarannulı gözin uyxu almış yigit, atmın çilbərini biləginə bağladı, yatdı-uyudı.
Məgər kafirin casusı vardı. Gəlüb təkürə aydır: “Oğuzdan bir dəlü yigit gəldi. İlqıçıları öldürdi. Yundları ürkitdi, gətürüb qorıya qoydı” Təkür aydır: “Yaraqlu altmış adam seçin, varsunlar, tutub gətürsünlər”, -dedi.
Altmış yaraqlu adam seçdilər, vardılar. Nagahandan altmış dəmir donlu kafir oğlanın üzərinə gəldilər. Geyim qılcıdısından, at çığırmasmdan (məgər yigit ayğır binərdi), xanım, at qulağı sağ olur, çəkübəni oğlanı oyardı. Oğlan gördi kim, bir alay atlu gəlür, sıçradı. Adı görklü Məhəmmədə salavat gətürdi. Atma bindi. Qara donlu kafirə qılıc urdı. Basdı qalaya qoydı. Yenə uyxusın yenməyüb, yerinə varub yatdı-uyıdı. Genə atınun çilbərin biləginə keçürdi.
Kafirlər, sağ olanları, qaçaraq təkürə gəldilər. Təkür aydır: “Tu yüzünüzə, altmış kişi! Bir oğlanı tutamadınuz!” - dedi. Bu kərrə yüz kafir oğlanın üzərinə gəldilər. Ayğır yenə oğlanı oyardı. Gördi, kafirlər alay bağlamış gəlürlər. Oğlan durdı, atma bindi. Adı görklü Məhəmmədə salavat gətürdi. Kafirə qılıc qoydı, basdı qalaya tıqadı. Atmı döndərdi. Genə mənzilinə gəldi. Uyxusın yenəmədi, gerü yatdıuyıdı. Atmın çilbərin yenə biləginə keçürdi. Bu kərrə at oğlanın biləgindən boşandı, qaçdı.
Kafirlər yenə təkürə gəldilər. Təkür aydır: “Bu qatla üç yüz varın!” - dedi.
Kafirlər aydır: “Varmazuz, kökümüz kəsər, həpümiz qırar!” - dedilər. Təkür aydır: “Ya necə eyləmək gərək? Varın, ol tutsaq yigidi çıqarın-gətürün. Dəpəgən köbini süsəgən yırtar. At verin, don verin!” - dedi.
Gəldilər. Əgrəgə ayıtdılar: “Yigit, sana təkür himmət eylədi. Şunda bir dəlü yigit yolçmın-yolıqçmın, çobanınçolığın ətməgin alur. Tut ol dəlüyi öldür, səni qoyu verəlim, var-get!” - dedilər. “Xoş ola!” - dedi. Əgrəgi zindandan çıqardılar. Saçı-saqalmı yüldilər. Bir at, bir qılıc verdilər. Üç yüz kafir ana yoldaşlığa verdilər. Oğlanın üzərinə gəldilər. Üç yüz kafir gen yerdə durdılar.
Əgrək aydır: “Qanı ol dəlü yigit?”. İraqdan göstərdilər. Əgrək aydır: “Gəlün varalım, tutalım!” Kafirlər aydır: “Təkürdən buyruq sana oldı, sən var!” -dedilər. Əgrək aydır: “Uşda uyur, gəlün varalım!” - dedi. Kafirlər aydır: “Hay, nə uymaq, qoltuğı altından baqar, qalqar, bizə gen yazuyı dar göstərər”, - dedi. Aydır: “İmdi mən varayım, əlin-ayağın bağlayayım, andan siz gələsiz”, - dedi. Sıçradı, kafirlər arasından çıqdı. At sürüb, bu yigidin üzərinə gəldi. Atından
^ SBSK**-
endi, çilbərini bir dala ilişdirdi. Baqdr gördi kim, ayun on dördinə bənzər bir məhbub, ala gözlü gənc yigit burçuq-burçuq dərləmiş, uyur. Gələndən-gedəndən xəbəri yoq. Dolandr, başr ucrna gəldi. Gördi kim, belində qopuzr var. Çrqarub,
əlinə aldr. Soylamrş, görəlim, xanrm, nə soylamrş, aydrr:
Qalqubanr yerindən duran yigit,
Yelisi qara Qazlrq atrn butun binən,
Arqubeli Ala dağdan dünin aşan,
Aqrndrlr görkli suyr dəlüb keçən,
Qarrplrğa gələn yaturmr olur?
Bənciləyin qarusrndan ağ əllərin bağladuban,
donuz damrnda yaturmr olur?
Ağ saqallu babasrnr, ağ birçəklü anasım
ağladuban bozladurmr olur?
Niyə yatursan, yigit?
Gafil olma, görklü başrn qaldrr, yigit!
Ala gözün açğrl, yigit!
Qadir verən dadlu canrn uyxu almrş,
Yigit, qarusrndan qollarrnr bağlatmağrl!
Ağ saqallu babam, qarrcrq anam ağlatmağrl!
Nə yigitsən, Qalrn Oğuz elindən gələn yigit?
Yaradan haqqryçun durr gəlgil!
Dörd yanrnr kafir bağladr, bəllü bilgil! - dedi.
Oğlan sərmərdi uru durdr. Qrlrncrnrn belçağrna yabrşdr
kim, bunr çrrpa, gördi kim, əlində qopuz var. Aydrr: “Mərə kafir, dədəm Qorqud qopuzr hörmətinə çalmadrm, - dedi, - əgər əlündə qopuz olmasaydr, ağam başryçun, səni iki para qrlurdum”, - dedi. Çəkdi qopuzr əlindən aldr oğlan burada. Soylamrş, görəlim, xanrm, nə soylamrş:
Alan sabah yerindən durduğum qardaş içün.
Ağ-boz atlar yorultmrşam qardaş içün.
Qalanrzda tutsaq varmrdrr, kafir, degil mana?
Qara başrm qurban olsun, kafir, sana! - dedi.
Ulu qardaşı Əgrək burada soylamış, görəlim, xanım, nə soylamış. Aydır:
Ağzın içün öləyim, qardaş!
Dilün içün öləyim, qardaş!
Qalarda-qoparda yerin sorar olsam, nə yerdir?
Qara gərdun içində yol arasan,
azsan, umun nədir?
Qaba aləm götürən xanlar kim? öovğa güni öndin dəpən alpınuz kim?
Yigit, sənin baban kim?
Alp ər ərdən adın yaşurmaq eyib olur, adın nədir, yigit? - dedi.
Bir dəxi soylamış, aydır:
Qaytabanım güdəndə sarvanımmısan?
Qaragücim güdəndə ılqıçımmısan?
Ağayılım güdəndə çobanımmısan?
Qulağımda şırşıyan naibimmisən?
Beşikdə qoyub getdigim qardaşcığımmısan?
Yigit, degil mana!
Qara başım qurban olsun bu gün sana! - dedi.
Səgrək burada ulu qardaşına soyladı. Aydır:
Qara gərdun içində yol azsam,
umum, - Allah!
Qaba ələm götürən xanımız, - Bayındır xan!
Qırış güni öndin dəpər alpımız, - Salur Qazan! Babam adın sorarsan, - Uşun qoca!
Mənim adım sorar olsan, - Səgrək!
Qardaşım varmış, adı Əgrək! - dedi.
Bir dəxi soyladı, aydır:
Qaytabanda güdəndə sarvanınam.
Qaraquçın güdəndə ılqıçınam.
Beşikdə qoyub getdigin qardaşınam, -dedi.
Ulu qardaşı Əgrək burada soylamış, görəlim, xanım, necə soylamış, aydır:

Ağzın içün öləyim, qardaş!
Dilün içün öləyim, qardaş!
Ərmi oldun, yigitmi oldun, qardaş!
Qəriblığa qardaşın istəyü
sənmi gəldin, qardaş!
Qalqubanı iki qardaş quca-quca görüşdilər. Əgrək kiçi qardaşın boynm öpdi. Səgrək daxı ağasının əlin öpdi.
Qarşu yaqadan kafirlər baqışurlar, aydırlar: “Gürəşdilər, olamı? Bolay ki, bizimki yenə”, - dedilər. Gördilər kim, qucışdılar-görüşdilər; Qazılıq atlar binişdilər. Qara donlu kafirə at saldılar, qılıc yüritdilər. Kafiri basdılar-qırdılar, qalaya dökdilər. Gəlüb yenə ol qorıya girdilər. Yundları daşra çıqardılar. Tavlanbaz urub, yundları önlərinə bıraqdılar. Dərəşam suyını dəlüb keçdilər. Dün qatdılar. Oğuzun sərhəddinə yetdilər.
Qanlu kafir əlindən qardaşcuğm dartub aldı. Ağ saqallu babasına muştçı göndərdi. “Babam mana qarşu gəlsün!” - dedi.
Uşun qocaya çapar gəldi. “Muştluq! Gözün aydın! Oğullarun ikisi bilə sağ-əsən gəldi”, - dedilər. Qoca eşidüb şad oldı. Gumbur-gumbur davullar çalındı. Altun-tuc borılar ağrıldı. Ol gün ala bargah otaqlar dikildi. Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırıldı. Qoca bəg oğullarına qarşu gəldi. Atından endi, oğlanlarıyla quca-quca görüşdi: “Xoşmısız, əsənmisiz, oğullar?” - dedi. Günligi altunluca odasına gəldilər. Şadlıq, yemək-içmək oldı. Ulu oğlına dəxi görklü gəlin gətürdi. İki qardaş bir-birinə sağdıc oldılar, gərdəklərinə çapub düşdilər. Murada-məqsuda irişdilər.
Dədəm Qorqud gəlübən boy boyladı, soy soyladı:
Əvvəl-axır uzun yaşın ucı ölüm!
Ölüm vaqtı gəldügində arı imandan ayırmasun!
Günahınuzı Məhəmməd Mustafa yüzi suyma
bağışlasun!
“Amin” deyənlər didar görsün!
Xanım, hey!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets